Cənubi Koreya daha bir sensasiyanın səbəbkarı oldu. Qrup mərhələsinin son turunda Portuqaliyaya 2:1 hesabıyla qalib gələn asiyalılar, top fərqində üstələdikləri Uruqvayı qabaqlayaraq 1/8 finala çıxdı.

Hesabı rəqibin açmasına baxmayaraq, əzmkarlıq göstərən koreyalılar qatıldığı 11-ci mundialda 3-cü dəfə qrup mərhələsini adlamağı bacardı. 2002 və 2010-cu illərdə də uğur qazanan asiyalılar, Portuqaliya üçün də siftənin səbəbkarı oldu. Belə ki, avropalılar mundiallar tarixində ilk dəfə hesabı açdığı görüşdə məğlub oldu. Bugünədək baş tutan 18 oyunda 15 qələbə, 3 heç-heçə qeydə alınmışdı.

Cənubi koreyalıların baş məşqçisi Paulo Bento vətənində yaxşı xatırlanmayacaq. O, 2010-cu ildən bəri vətəninin komandasını yenə ilk məşqçi oldu. 2010-daserb Milovan Rayeviç bunu Qana ilə bacarmışdı (1:0).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp