Luis Suares bu gün 35 yaş 312 günlüyündə qol ötürməsi verdi. Lakin tarixi rekord ona yox, bunu 36 yaş 20 günlüyündə bacaran braziliyalı Kafuya məxsusdu. Onları birləşdirən yeganə məqam hər ikisinin Qanaya qarşı oyunda fərqlənməsidi.

Luis üçün özəllik onun Dünya Çempionatlarında cəmi 2 vərəqə görməsidi. 2010-cu ildəki qırmızı vərəqə də, bugünkü sarı vərəqə də qanalılarla görüşə təsadüf edib.

12 il öncəki matçda Suares boş qapıya gedən topun qarşısını əllə kəsərək meydandan qovulmuş, rəqib penaltini boşa verərək uduzmuşdu. Bu dəfə uruqvaylı etiraza görə rəsmi xəbərdarlıq aldı, afrikalılar isə hesab 0:0 ikən penaltini boşa verdi, 1 xalın onlara kifayət etdiyi matçın yekununda uduzdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp