AFFA növbəti mövsümdən bir sıra dəyişikliklər edəcək. Əvəzedicilər arasında çempionatın bərpa olunması artıq zaman məsələsidi.

Futbolinfo.az xəbər verir ki, 2018-ci ildə ləğv edilən yarış I Diviziona birləşdirilmişdi. Burada komandaların azlığı üzündən Premyer Liqa klublarının 2-ci kollektivləri də mübarizəyə qoşulmuşdu.

Zaman göstərdi ki, eksperiment üçün sərf olunan 5 il boşa getdi. Lakin bir sıra ölkələrdə uğurla tətbiq olunan bu təcrübənin bizdə alınmamasının səbəbləri var. Lazımi sayda məşq və oyun meydançalarının olmaması üzündən həftəsonu təşkil edilməsi mümkün olmayan yarış Premyer Liqa komandalarının planını pozdu.

Əvəzedicilərin çempionatının ayrıca keçirilməsi Diviziona da fərqli yanaşma tələb edir. Burada yeni komandaların yaradılması vacibdi. Problemin necə həll olunacağına AFFA-nın 2023-cü ilin əvvəlində baş tutacaq Növbəti Hesabat Konfransı zamanı, İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp