İsveçrə millisinin üzvü Xerdan Şakiri az öncə Serbiya yığmasının qapısına yol tapdı. Bu, onun ardıcıl 3 Dünya Çempionatında fərqlənməsinin rəsmiləşməsi demədir.

Futbolinfo.az xəbər verir ki, Şakiridən başqa bunu yalnız Kriştianu Ronaldo və Lionel Messi bacarıb. Ümumiyyətlə, Xerdan 3 fərqli mundialda (2014, 2018, 2022) qol vuran ilk isveçrəlidir.

Şakiri ardıcıl olaraq 5 böyük turnirdə fərqlənməsi ilə də seçilir.

DÇ-2014 – 3

AÇ-2016 – 1

DÇ-2018 – 1

AÇ-2020 – 3

DÇ-2022 – 1

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp