Dünya Çempionatının qrup mərhələsi başa çatdı. Son turda İsveçrəyə uduzan (2:3) Serbiya sonuncu pillədə qərarlaşdı və yarışı tərk etdi.

Futbolinfo.az xəbər verir ki, bu, serblərin qrupda qaldığı ardıcıl 4-cü mundialdır. 2006, 2010 və 2018-də də eyni aqibət yaşanmışdı. Serblər bircə qələbə belə qazanmamaqla fiaskoyla üzləşdilər.

İsveçrənin nəticələri isə əladır. Komanda 2014-dən bəri son 5 böyük yarışda (DÇ və AÇ) Fransa ilə birlikdə pley-offa yüksələn iki Avropa komandasından biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp