Kamerunun qələbəsi qrupdan çıxmaq mənasında faydasız oldu, lakin Braziliyanı yenmək hər zaman müsbət emosiya verir. Ona görə də afrikalılar mundialı yüksək əhval-ruhiyyədə tərk edə bilərlər.

Dünya Çempionatının dünən baş tutan son tur matçında Kamerun qitəsi adına da önəmli nəticə qazandı. Belə ki, indiyədək frikalılara qarşı keçirdiyi 7 oyunda 7 qələbə görən “sambaçılar”ı dayandıran tapıldı. Düzdü, Braziliya yenə qrupun qalibi oldu, amma bu oyun mundialın favoriti barədə şübhələrə əsas verdi.

Braziliya 1982-ci ildən bəri ardıcıl 11-ci dəfə pley-offa qrup qalibi kimi çıxdı. Cənubi amerikalılar mundialların tarixi boyunca bunu 16 dəfə bacarıblar – ən yaxın izləyici Almaniyadır (12).

Qələbə topunun müəllifi Vinsent Abubakar isə Zinəddin Zidandan sonra (2006) Dünya Çempionatında qol vurub sonra meydandan qovulan ilk futbolçu oldu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp