Gələn həftə Azərbaycan Kubokunda 1/4 finala start veriləcək.

Futbolinfo.az xəbər verir ki, həm ilk, həm cavab görüşləri iki günü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki  əvvəlki oyunlarının balansını açqlayıb.

Azərbaycan Kuboku
1/4 final
8 dekabr (cümə axşamı)

“Zirə” – “Neftçi” – 8 oyun, +3=3-2 top fərqi 4-6

Əvvəlki dörd dueldə komandalar hərəyə 2 dəfə mərhələ adlayıb. Son iki mövsümdəki 4 matçda qol buraxmayan “Zirə” tur keçib.

2016/171/4 finalZirə (Bakı) – Neftçi (Bakı)0:3, 2:1
2017/181/4 finalZirə (Bakı) – Neftçi (Bakı)1:0, 0:2
2020/211/4 finalNeftçi (Bakı) – Zirə (Bakı)0:1, 0:0
2021/221/2 finalZirə (Bakı) – Neftçi (Bakı)0:0, 0:0, p.4:2

“Qarabağ” – “Qəbələ” – 13 oyun, +6=5-2 top fərqi 22-9

Komandaların yolları indiyədək 7 dəfə kəsişib. 5 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” dueldən qalib ayrılıb. Son 5 matçda ağdamlılar qələbə qazanıb.

2011/121/4 finalQəbələ – Qarabağ (Ağdam)2:2, 0:0
2012/131/4 finalQəbələ – Qarabağ (Ağdam)1:1, 0:0
2013/141/4 finalQəbələ – Qarabağ (Ağdam)0:0, 2:1
2016/17finalQarabağ (Ağdam) – Qəbələ2:0
2018/191/2 finalQəbələ – Qarabağ (Ağdam)1:0, 1:2
2020/211/4 finalQarabağ (Ağdam) – Qəbələ3:1, 3:0
2021/221/2 finalQəbələ – Qarabağ (Ağdam)1:3, 0:5

9 dekabr (cümə)

“Kəpəz” – “Turan Tovuz” – indiyədək qarşılaşmayıblar

“Səbail” – “Sabah – indiyədək qarşılaşmayıblar

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp