“Sumqayıt”a qarşı oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı” – bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in müdafiəçisi Tural Axundov deyib.

Təcrübəli futbolçu Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri matçdan (0:1) danışıb: “Futboldur və burada belə hallar baş verir. Bu cür oyunları çox görmüşük. Çünki “Sumqayıt”la matçı udsaydıq, yuxarı pillələrə qalxacaqdır. Məğlubiyyətin səbəbi odur ki, çox pis oynadıq. Başqa heç bir səbəb görmürəm”.

Axundov komandasının mövsümün ilk yarısındakı çıxışı barədə isə bunları deyib: “Yaşar Vahabzadənin vaxtında çempionata çox pis başladıq. Sonradan komanda özünə gələ bilmirdi, bir yerə yığışmaqda çətinlik çəkirdik. Tərlan Əhmədov gələndən sonra yaxşı mənada dəyişikliklər var. Ümid edirəm ki, daha yaxşı davam edəcəyik”.

Müdafiəçi qarşıda Azərbaycan kubokunun ¼ final mərhələsində “Turan Tovuz”la oynayacaqları Qərb derbisindən də söz açıb: “Derbi oyunları həmişə çətin olur. İki matçdan ibarət tur oynayacağıq. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olarıq. Bunun üçün hazırlaşırıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp