Braziliya millisinin hücumçusu Vinisius Junior “Nike” ilə müqaviləsini pozmaq istəyir. Ulduz oyunçu idman malları istehsal edən şirkətdən inciyib.

Vinisius “Nike”ın onu kifayət qədər dəyərləndirmədiyini və önəm vermədiyini düşünür. Hücumçunu DÇ-2022-nin reklam çarxında onun yox, komanda yoldaşlarının çəkilməsi küsdürüb. Rodriqo və Riçarlisona üstünlük verən “Nike”, Braziliya millisinin DÇ formalarının təqdimatında “Tottenhem”in üzvünü ön plana çıxarmışdı.

Vinisiusun “Nike” ilə müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub. Anlaşma braziliyalı hələ 13 yaşında olduğu dövrdən qüvvəyə minib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp