Daha bir ulduz Avropa yolundadır. Mateus Martinsin transferi yekunlaşıb, yalnız rəsmən elan olunması qalıb.

Futbolinfo.az xəbər verir ki, “Fluminense” hücumçusunu 6 milyon avroya satıb. Mateus uğurlu olacağı təqdirdə vətəninin təmsilçisinə daha 3 milyon avro bonus qazandıracaq.

Martins “Uotfor”dun düşərgəsinə gəlsə də, əslində, “Udineze”yə transfer olunub. Sadəcə, hər iki klubun sahibi eyni olduğu üçün o, İtaliya klubunun oyunçusu kimi İngiltərə Premyer Liqası təmsilçisində icarədə olacaq.

19 yaşlı forvard Braziliyanın müxtəlif yaş yığmalarında çıxış edib. O, ilk dəfə legioner həyatı yaşayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp