Olivye Jiru “Milan”da qalacaq. A Seriyası təmsilçisi əsas hücumçusunu itirmək niyyətində deyil.

Qətərdə də bombardirlik qabiliyyətini göstərən fransız hücumçu İtaliya çempionundan ayrılmağı arzulamır. Danışıqlar zatən çoxdan başlayıb, tərəflərin istəkləri bəllidi. Milanlılar yeni anlaşma üçün problem görmür və müqaviləni hazırlayıb. Mundial bitən kimi Jiru imzanı atacaq və hər şey tamamlanacaq.

36 yaşlı forvardın “Milan”la sözləşməsi gələn ilin iyununda başa çatacaq. Yeni müqavilə isə 2025-ci ilə kimi nəzərdə tutulub. Maliyyə şətrləri ilə bağlı detallar imza günü açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp