“Ştutqart”ın yeni baş məşqçisi bəlli olub. Bruno Labbadiya vaxtilə rəhbərlik etdiyi komandaya dönüb.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi bir ay öncə Pelleqrino Mataratso ilə yollarını ayırmışdı. Bu qərar komandanın uğursuz nəticələrinə görə verilmişdi. Son pillələrdə olan komandanı xilas etmək üçün Labbadiya iş başına gətirilib.

Karyerası ərzində yalnız Almaniya klublarında işləmiş 56 yaşlı mütəxəssis 2010-13-cü illər aralığında “Ştutqart”a rəhbərlik edib. Daha sonra “Hamburq”, “Volfsburq” və “Herta”da qısa karyera yaşayan Labbadiya bu klubların heç birində bir ildən artıq duruş gətirməyib.

“Ştutqart” yeni məşqçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp