İngiltərə millisinin kapitanı Harri Keyn komanda yoldaşı Cud Bellingemi tərifləyib. O, yarımmüdafiəçinin mundiala əla başladığını deyib.

Futbolinfo.az xəbər verir ki, hücumçu Dortmund “Borussiya”sının üzvünün lider keyfiyyətlərinə malik olduğunu vurğulayıb: “Çox əla oyunçudu, yarışa da əla başlayıb. Topla və topsuz eyni keyfiyyətlərini göstərir. Bellingem enerji doludur, məşqdə belə bacarığını tam göstərir. Həqiqətən ona heyranam. Əsl liderdi, gənc yaşında belə ən yaxşı sözlərə layiqdir”.

Keyn Bellingemin mümkün transferi barədə də danışıb: “Hansı kluba gedəcəyini bilmirəm. Amma yayda klubunu dəyişəcəyinə əminəm. “Liverpul”a gedə bilər, onu israrla istəyirlər. Amma bunun üçün Çempionlar Liqasına vəsiqə qazanmaları lazımdır. Cud belə möhtəşəm yarışdan kənarda qalacaq kluba getməz”.

Kapitan Bellingemin səviyyəsini xeyli yüksəltdiyini düşünür: “Dünya Çempionatı vitrindir. Burada özünü bu şəkildə göstərən futbolçu daha yaxşı yerlərə layiqdir. “Mançester Siti” və ya “Real” ona müştəri düşsə, təəccüblənmərəm. Doğrusu, bu klublara gedişini daha real sayıram. Xüsusilə madridlilər yaşları keçən Toni Kroos və Luka Modriçin yerinə futbolçu almalıdı. Bellingem əla namizəddir, onun İspaniyaya köçməsi məntiqli olar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp