İvan Perişiç də adını rekordçular siyahısına yazdırdı. Xorvatiya millisinin üzvü Yaponiyaya qarşı 1/8 final matçında vurduğu qolla ən yaxşılar arasına düşdü.

Futbolinfo.az xəbər verir ki, İvan Dünya Çempionatlarında 6-cı qoluna imza atdı. Xorvat futbolçular arasında bunu bacaran ikinci bir şəxs yoxdur. O, həmçinin 3 fərqli mundialda (2014, 2018, 2022) qol vuran ilk xorvatdır.

Perişiçdən başqa son 3 Dünya Çemionatında qol vurmuş yalnız 3 futbolçu var. Onlar Lionel Messi, Kriştianu Ronaldo və Xerdan Şakiridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp