Dominik Livakoviç tarixdə bir Dünya Çempionatı matçında 3 penalti dəf edən 3-cü qapıçı oldu. Daha əvvəl bunu bacaran iki qapıçıdan da biri xorvat olub.

Futbolinfo.az xəbər verir ki, az öncə başa çatan Xorvatiya – Yaponiya matçında penalti seriyasında xarüqələr yaradan qolkiperdən daha öncə bunu bacaranlardan biri də xorvat olub.

Belə ki, ötən mundialda Daniel Subaşiç Danimarkanın məğlub edilməsinə töhfə vermişdi. Digər fakt portuqaliyalı Rikardonun adıyla bağlıdı. O, DÇ-2006-da ingilislərin qəniminə çevrilmişdi.

Zaqreb “Dinamo”sunda Mahir Emrelinin komanda yoldaşı olan 27 yaşlı qolkiper karyerası boyunca legioner həyatı yaşamayıb. Yəqin ki, bu matçdan sonra qapısını döyənlər olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp