“Vəziyyətim dəyişməz olaraq qalır. Eynilə əvəzedici heyətdəyəm, məşqlərə qatılıram. Hazırda təklif gözləməyə davam edirəm. Həm agentim, həm mən bu vəziyyəti dəyişmək üçün çalışırıq. Təbii ki, məni də, klubu da razı salacaq bir təklif olacaqsa, dəyərləndirəcəyik. Özüm də vəziyyətimdən məmnun deyiləm. Yenidən futboldan zövq almaq istəyirəm” – bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın ispan yarımmüdafiəçisi Qaspar Panadero deyib.

Hazırda klubun əvəzedici komandasında çıxış edən futbolçu ona yeni təklifin gəlmədiyini də bildirib: “Artıq qış “transfer pəncərəsi” yaxınlaşır. Bu cür şəraitdə formamı saxlamaq çətin məsələdir. Əvəzedici komandada məşq etdikdən sonra fərdi məşqlər edirəm. Çünki fiziki formamı saxlamalıyam. Hər hansı təklif olarsa, başqa kluba gedərsəm, ideal səviyyədə oynaya bilim, fiziki göstəricilərim yerində olsun”.

“Təklif olmazsa, “Qarabağ”ın əvəzedici komandasında qalacaqsız, yoxsa müqaviləni pozub gedəcəksiz” sualına Panadero belə cavab verib: “Açığı, pis düşünmək istəmirəm. Amma təklif olmasa, yenidən eyni qaydada davam edəcəm. Bir peşəkar futbolçu üçün bu cür şəraitdə məşq eləmək yaxşı deyil. Bütün bunlara baxmayaraq, burada davam edəcəm. Neqativ düşünmək istəmirəm, yanvarda yeni təkliflər olacağına inanıram”.

Xatırladaq ki, 2021-ci ildə “Qarabağ”a transfer olunan Panadero zədə üzündən komandaya kömək edə bilməyim. Daha sonra heyətə dşməkdə çətinlik çəkən ispan AEK-ə (Larnaka) icarəyə verilmişdi. Qaspar orada da möhəmlənə bilməyincə Ağdam klubuna döndü və hazırda yeni təklif gözləməklə məşğuldu. 25 yaşlı futbolçunun “Qarabağ”la hələ ilyarımlıq anlaşması qüvvədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp