Mövsümün ilk yarısında qeyri-sabit çıxış edən “Neftçi” yeni futbolçu axtarışına çıxıb. Futbolinfo.az-ın məlumatına görə, “ağ qaralar” mərkəz müdafiəçisi sorağındadır.

Buna səbəb komandada heç də yaxşı oynamayan Mamadu Mbodj əvəzetməkdir. Paytaxt təmsilçisinin rumıniyalı məşqçisi Laurentsiu Reqhekampf seneqallının oyunundan narazıdır və onun göndərilməsini istəyib.

Üstəlik, bu yay heyətə qatılan Solomon Kverkveliyanın da xidmətində maraqlı olan klublar var. Görünən odur ki, bakılılar boşluğu tez doldurmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp