“Milan”ın baş məşqçisi Stefano Pioli yeni mükafat alıb. O, Luici Simoninin adını daşıdığı “İlin centlmen məşqçisi” mükafatına layiq görülüb.

Futbolinfo.az xəbər verir ki, bu nominasiyada qaliblər B Seriyası məşqçiləri arasında keçirilən səsvermə nəticəsində müəyyənləşir. Onlar il ərzindəki davranışlarına görə A Seriyası çalışdırıcıları arasından məhz Piolini bu mükafata layiq bilib.

2019-cu ildən “Milan”a rəhbərlik edən Pioli son mövsümün çempion məşqçisidir. Maraqlıdı ki, bu onun yeganə tituludur. Əvəzində məhz A Seriyasında qələbədən sonra Stefano fərdi mükafat kolleksiyasını da zəngiləşdirməyə başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp