Unudulmuş, yaddan çıxmış Ağcabədi rayon Mərkəzi stadionunun istismar müddəti çoxdan bitib. Rayon sakinləri bu idman ocağından istifadə edə bilmir.

2000 tamaşaçı tutumuna malik, 3 hektar ərazisi olan stadion acınacaqlı vəziyyətdədi. Ötən əsrin 80-ci illərində istifadəyə verilən arena, bu müddət ərzində bir neçə dəfə kosmetik təmir edilib. Mərkəzi stadionun ot örtüyü isə baxımsızlıqdan tam olaraq sıradan çıxıb, tribunalar isə yararsız vəziyyətdədi.

Rayon sakinləri stadionun bu vəziyyətdə olmasından narahatdılar. Onlar bildirirlər ki, stadion təmir olunmasa, bir müddətdən sonra idman qurğusu tam olaraq sıradan çıxacaq.

Ümid edək ki, aidiyyatı qurumlar gələcəyin istedadlı futbolçularının yetişməsi, eyni zamanda yerli sakinlərin asudə vaxtını səmərəli keçirməsi naminə bu stadionun təmir olunmasını öz dəstəklərini verəcəklər.

BƏHRUZ MUSAYEV, Ağcabədi

318193244 684724653268104 7390280136762991938 n - Futbolinfo.az
317928573 665184855268282 862069278665677580 n - Futbolinfo.az
317259994 1185443922349331 2658572286879013227 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp