Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki “Neftçi”nin baş məşqçi postuna namizəd olması ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.

Futbolinfo.az-a danışan xorvat mütəxəssis hələ ki, Azərbaycan klubundan təklif almadığını bildirib: “Açığı, Bakı klubundan heç kim mənimlə əlaqə saxlamayıb. Mən də xəbəri mətbuatda görmüşəm. Qarşı tərəfdən heç kim mənimlə təmasa keçməyib”.

Qeyd edək ki, son zamanlar “Neftçi”nin hazırki baş məşqçisi Laurentsiu Reqhekampfın Rumıniya klublarının maraq dairəsində olmasına aid xəbərlər dolaşır və mütəxəssisin də Azərbaycandan getmək istədiyi bildirilir. Klub rəhbərliyi də onun işindən narazıdır və namizədləri götür-qoy edir.

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Xorvat mütəxəssis ilk vaxtlar uğurlu işi ilə yadda qalsa da, sonradan işləri yaxşı getmədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp