Sezar Aspilikueta “Barselona”ya keçməməsinin səbəbinin açıqlayıb. “Çelsi”nin cinah müdafiəçisi Kataloniyaya getmək şansının olduğunu, amma bundan yararlanmadığını bildirib.

Futbolinfo.az xəbər verir ki, Sezar yayda İspaniya təmsilçisinin onu israrla transfer etməyə çalışdığını bildirib: “Amma “Çelsi”nin yeni sahibləri məni saxlamaq üçün hər şey etdi. Onlar müqaviləmlə bağlı qalmağım üçün lazım olan bütün şərtləri yerinə yetirdilər. Nə bahasına olursa-olsun, məni heyətdə saxlamaq üçün çalışdılar. Bunu qiymətləndirməmək doğru olmazdı”.

Aspilikueta vəziyyəti “Barselona” tərəfinə izah edib: “Ümid edirəm ki, Xavi məni başa düşdü. İsrarla transferimi istədiyi üçün baş məşqçiyə təşəkkür edirəm, lakin London artıq doğma evimdi və qalmaqla doğru qərar verdim”.

Bu transferdən əlini birdəfəlik üzən “Barselona” sol cinah müdafiəçisi problemini Alexandro Baldenin sayəsində yoluna qoyacaq. Katalonlarla 2024-cü ilin yayına kimi müqaviləsi olan 19 yaşlı oyunçu ilə anlaşmanın müddəti artırılacaq. Maaşı yüksəldilən futbolçu ilə yeni 5 illik müqavilə nəzərdə tutulub. Baldenin sərbəstqalma məbləği 1 milyard avro müəyyən ediləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp