Çağlar Söyünçü yayda “Lester”dən gedəcək. İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq müdafiəçi “tülkülər”i azad egent kimi tərk etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, tərəflər müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilmir. “Lester” oyunçunun şərtlərini qəbuledilməz saydığından onu qışda da yola sala bilər. Hazırda 22 milyon avro transfer qiyməti olan futbolçu yayda sərbəst qalacaq. Bu səbəbdən ya onunla yeni müqavilə bağlanmalı, ya da dərhal satılmalıdı.

“Atletiko” ilə “Roma” Çağların potensial müştəriləridir. Amma onlar da futbolçunu yayda azad agent kimi sıralarına qatmağı arzulayır.

Türkiyə millisinin 26 yaşlı stopperi 2018-ci ildə “Fraybirq”dan İngiltərəyə köçüb. O, başqa bir ölkədə özünü sınamağın əleyhinə deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp