DÇ-2022-nin 1/8 final mərhələsinin Mərakeş – İspaniya oyunu avropalı futbolçular üçün bir sıra maraqlı məqamlarla yadda qaldı. “Barselona”nın iki yarımmüdafiəçisi üçün xüsusi rəqəmlər ortaya çıxdı.

Futbolinfo.az xəbər verir ki, Serxio Busqets İspaniya millisi üçün rekordu təkrarlamağı bacardı. Oyuna start heyətdə başlayan dayaq yarımmüdafiəçisi İker Kasilyasla Serxio Ramosa çatdı. Hazırda hər 3 futbolçu Dünya Çempionatlarında 17 oyun keçirib. Serxio növbəti görüşdə mütləq rekordçu olmaq imkanına malikdi.

Qavi isə İspaniya yığmasının rekordçusu olmaqla yanaşı, dünyada Peledən sonra pley-offda oynayan ikinci ən gənc futbolçu oldu. 18 yaşlı ispan yalnız 1958-ci ildə bunu bacarmış braziliyalı əfsanədən geri qalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp