Məhəmməd Simakan “Leypsiq”də qalmağa qərar verdi. Bir çox klubun transfer siyahısına düşən 22 yaşlı fransız müqavilə müddətini uzatdı.

Futbolinfo.az xəbər verir ki, ötən il “Strasbur”dan transfer edilən futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına kimi uzadıldı. Qvineya əsilli müdafiəçi qarşıdakı mövsümdə təcrübəsini artırdıqdan sonra həm almanlara pul qazandırmaq, həm də daha yaxşı kluba getmək istəyir.

Simakanla “Milan”, “Çelsi” və “Marsel” yaxından maraqlanırdı.

Müqavilənin maliyyə dəyəri ilə bağlı detallar açıqlanmır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp