“Çelsi” Nqolo Kante ilə anlaşa bilmədi. Fransalı yarımmüdafiəçini heyətində saxlamağa çalışan londonlular, uzun danışıqlar prosesinin müsbət yekunlaşmadığını açıqladı.

Futbolinfo.az xəbər verir ki, qarşıdakı yayda müqavilə müddəti bitdiyi üçün “zadəganlar”ı azad agent kimi tərk edəcək Fransa millisinin üzvü qalmamaq qərarına gəlib. “Çelsi” dayaq yarımmüdafiəçisini itirməmək, ən azı sərbəst buraxmamaq üçün onunla anlaşmanı yeniləməyə çalışırdı. Lakin Kante yeni müqavilə şərtləri ilə razılaşmayıb.

PSJ-nin israrla heyətinə qatmaq istədiyi futbolçu vətəninə qayıtmaq, daha yaxşı müqavilə təklif edən Paris klubuna qoşulmaq niyyətindədi. Zədə üzündən mundialı buraxan mali əsilli futbolçu, bu səbəbdən 2016-cı ildən formasını geydiyi klubla vidalaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp