“Real” növbəti transferini yekunlaşdırmaq üzrədi. Madridlilər gələcəyin ulduzu kimi qələmə verilən Endrikin keçidini həll edib.

Futbolinfo.az xəbər verir ki, “Palmeyras”ın 16 yaşlı oyunçusu üçün PSJ ilə amansız mübarizə aparan İspaniya nəhəngi yekunda arzusuna çatıb. Braziliyalılar hücumçunu 72 milyon avroya heyətinə qatacaq. Əlavə bonuslar da anlaşmaya daxildir.

Paris klubu “Palmeyras”a 58 milyon avro təklif etmişdi. Onlar həmçinin 15 yaşlı sağ cinah vingeri Estevan Villan üçün 35 milyon ödəmək, iki oyunçunu birlikdə almaq istəyirdi. Amma braziliyalılar yalnız Endriki satmaq qərarına gəlib. Bu oyunçunu daha çox istəyən “Real” arzusuna çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp