“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santos avrokuboklara vəsiqə qazanacaqların əmindir. O, Misli Premyer Liqasında Avroliqaya yollanmaq uğrunda mübarizədə əsas rəqiblərinin kim olduğunu da bilir.

Braziliyalı futbolinfo.az saytına açıqlamasında əsas mübarizənin “Zirə” ilə onlar arasında gedəcəyini deyir: “İndiki vəziyyətdə görünən mənzərə budur. 4-cü yer uğrunda yarışda “Zirə” bizi cəmi 2 xal qabaqlayır. Onların daha da uzaqlaşmasına imkan verə bilmərik. Şəxsən mən avrokuboklara vəsiqə qazanacağımıza əminəm”.

“Qəbələ”nin üzvü kubokdan da əlini üzməyib. Santos “Qarabağ”la ¼ final görüşlərində uğur qazanmağın mümkünlüyünə inanır: “Bizim üçün daha çətin oyunlar olacaq. Çünki “Qarabağ”ın çox güclü iki heyəti var. Bu rəqibi məğlub etmək üçün meydanda mükəmməl olmalıyıq. Futbolda hər şey mümkündür”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp