Ağır atletika üzrə milli komandalarımız Göygöl də ilin son təlim-məşq toplanışında olublar. Budəfəki hazırlıqda böyüklərlə yanaşı, gənc və yeniyetmə idmançılar da iştirak edib.

Yerli Olimpiya kompleksində reallaşan toplanışa 28 atlet qatılıb. Yığmalarımız burada 15 gündən çox hazırlıq keçib. Həftədə 8 dəfə məşq edən komanda əsasən texniki çalışmalara üstünlük verib.

Məşqlər ilin sonunda baş tutacaq Azərbaycan kubokuna hazırlıq xarakteri daşıyır. Göygöl toplanışından sonra atletlər Bakıda şəxsi məşqçiləri ilə birgə Azərbaycan kubokuna hazırlaşacaqlar. Yarış dekabrın 20-dən 24-dək paytaxt Bakıda keçiriləcək.

BƏHRUZ MUSAYEV, Göygöl

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp