“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Konfrans Liqasındakı rəqibləri “Gent”i dəyərləndirib. O, rəqibin “Marsel”lə müqayisədə əlverişli olduğunu etiraf edib.

Futbolinfo.az saytına müsahibəsində Zubir rəqibi asan keçiləsi komanda kimi qələmə verməyin əleyhinə olduğunu da bildirib: “Gent”i asan rəqib saymaq olmaz. Çünki onlar Belçika çempionatında oynayırlar. Avrokuboklara təsadüfən çıxmayıblar. Onlar həmişə Avropa meydanlarında yaxşı təsir bağışlayıblar. Özəlliklə bu mövsüm onlar fərqli çxış edirlər və özlərini yaxşı tərəfdən göstərirlər. İlk oyunumuz Bakıdadır və ümid edirəm ki, evdə lazım olan nəticəni qazanacağıq. Hələ ki, bu matça çox var. Rəqibi analiz edəcəyik, daha yaxından tanıyacağıq. Bir sözlə, bizi asan oyun gözləmir”.

Abdullahın yeganə təsəllisi “Marsel”lə müqayisədə daha uyğun rəqiblə qarşılaşacaqlarıdır: “Əlbəttə ki, “Marsel”lə “Gent”i müqayisə etsək, fransızlar daha güclü və üstün komandadır. Lakin bu rəqib də asan deyil. Belçikalılar sadəcə, “Marsel”lə müqayisədə daha əlverişli rəqibdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp