AFFA İcraiyyə Komitəsinin (İK) 2022-ci il üçün növbəti iclası nəzərdə tutulmayıb. Yaxın zamanda müzakirəsi vacib məsələlər olmadığından komitə ilin sonunadək bir araya gəlməyəcək.

Futbolinfo.az saytına bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib. İl ərzində İK-nın artıq 6 iclası baş tutub, növbətisinin gələn ilin əvvəlində reallaşması planlaşdırılır.

Hazırda yalnız aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatları rəsmiləşməyib. Seçmə oyunlar 2023-cü ilin payızında olacağından kifayət qədər zaman var. Güman ki, bu məsələlər yeni ilin ilk 3 ayı ərzində keçirilməsi planlaşdırılan AFFA-nın Hesabat Konfransı günü olacaq iclasda həllini tapacaq.

İK bu il yalnız gözlənilməz bir hadisə baş verəcəyi, müzakirəsi vacib məsələ ortaya çıxacağı halda yığışa bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp