DÇ-2022-nin ¼ final matçı öncəsi Braziliya yığmasının lideri Neymar hədəflərindən danışıb. PSJ-nin futbolçusu çempionluq üçün sonadək döyüşəklərini bildirib.

Futbolinfo.az xəbər verir ki, Neymar çempionluğu xəyal etdiklərini təkrarlayıb: “İrəliləmək zamanıdır. Amma bunu addım-addım reallaşdırmalıyıq. Cənubi Koreya ilə matç 4-cü idi, daha 3 oyunumuz var. Əla hazırlaşmışıq və qalib olmaq üçün birləşmişik”.

Neymar ilk turda aldığı zədənin onu qorxutduğunu deyib: “Həqiqətən çox qorxmuşdum. Əla mövsüm keçirəndən sonra mundialda oynaya bilməyəcəyimi düşünmək stress gətirirdi. Bütün gecəni ağladım, ailəm də şahiddir. Amma nə yaxşı ki, hamısı geridə qaldı və indi hər şey yolundadır”.

Xatırladaq ki, Braziliya bu gün yarımfinala çıxmaq üçün Xorvatiya ilə qarşılaşacaq. Matç 19:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp