Fransa yığmasının sabiq üzvü Patris Evra həmyerlilərinin İngiltərəni məğlub edəcəyinə əmindi. O, hətta böyükhesablı qələbə gözləyir.

Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçi sabah keçiriləcək İngiltərə – Fransa oyununda rəqibin şansının olmadığını deyir: “Fransa rəqibini əzib keçəcək. Kilian Mbappeni dayandırmaq mümkün deyil”.

Evra ¼ final matçında hər iki komandanın təhlükəli futbolçularının sözünü deməyə çalışacağını bildirib: “İngiltə Mbappeyə görə çox həyəcanlıdı. Fransaya isə Bukayo Saka və Fil Foden çətinlik yarada bilər. Amma yenə həmyerlilərimin rahat qələbə qazanacağını düşünürəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp