Braziliyalı müdafiəçi Aleks Sandro milli komanda ilə ümumi məşqə çıxıb.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı “sambaçı” zədəsini sağaltsa da, onun bu gün DÇ-2022-nin Xorvatiya ilə matçında iştirakı sual altındadır.

Bu səbəbdən, Eder Militao müdafiənin sağ cinahında, Danilo isə sol cinahda mübarizə apara bilər.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiya yığması ilə qarşılaşacaq. Bu gün keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp