“Düşünürəm ki, bizim üçün yaxşı oyun oldu. Məşqçinin soyunub-geyinmə otağında dediyi kimi, çox yaxşı oynadıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Zirə”nin fransalı müdafiəçisi Moiz Adileu deyib.

O, Azərbaycan Kubokunun ¼ final mərhələsində “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan danışıb: “Ağıl baxımından kim daha yaxşı oynayacaqdısa, matçı qazanacaqdı. Biz də bunu etdik. Biz birlikdə müdafiə olunduq və rəqibə qol şansı vermədik. Arxa xəttdə kompakt çıxış etdik. Dünənki kimi oynasaq, ikinci matçda da qalib gələ bilərik”.

Fransalı futbolçu son 5 oyunda uduzmamaqlarına da toxunub: “5 oyundur ki, uduzmuruq və bu, yaxşı nəticədir. Cəmi 1 qol buraxmışıq. Əsas odur ki, kimliyimizi tapmışıq. Belə də davam etməliyik. “Qarabağ”la heç-heçə etdik, “Neftçi”ni udduqdan sonra digər komandalarla matçlarda da qalib gələ bilərik. Biz daha çox iş görməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp