Son günlər Naxçıvandan yaxşı xəbərlər gəlmir. Gələn mövsüm Premyer Liqaya yüksəlməsi gözlənilən “Araz-Naxçıvan”da bir sıra problemlərin yarandığı deyilir.

Klubun maliyyə sıxıntısı çəkməsi, sponsorların artıq kluba istənilən dəstəyi vermədiyi haqda informasiyalar var. Əsas komandayla bağlı xəbərləri dəqiqləşdirə bilməsək də, akademiyanın bu çətinlikləri hiss etdiyi dəqiqdir.

“Araz-Naxçıvan” Futbol Akademiyasının koordinatoru Adil Şükürovun “Futbolinfo”ya verdiyi açıqlamalar çox maraqlıdır: “Çempionatı bərpa etmək istəyirik. Hələ ki, sənədləşdirmə işləri ilə məşğuluq. Düzü, proseslər ağır gedir. Burada təkcə “Araz-Naxçıvan” olaraq fəaliyyət göstərmirik. Naxçıvan Futbol Federasiyasının tərkibində işləyirik. Elə rayonlar var ki, onların komandalarını keçirmək istədiyimiz çempionata cəlb edə bilmirik. Maliyyə ilə bağlı problemlər mövcuddur. Bura məşqçilərin əməkhaqqılarından tutmuş bir çox məsələlər aiddir”.

Naxçıvanda uşaq futbolunun ümumi durumu da yaxşı deyil. Real mənzərə ilə az sonra Şükürovun saytımıza verdiyi geniş müsahibəni oxuyaraq tanış ola bilərsiz.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp