“Mançester Yunayted” Dioqo Dalotla mövcud müqavilənin müddətini uzatmağa qərar verib. Müdafiəçinin əla oyunu klub rəhbərliyinin gözündən yayınmayıb.

Futbolinfo.az xəbər verir ki, Dalotun milli komandadakı əla çıxışından sonra İngiltərə klubunun rəhbərliyi qərarını qətiləşdirib. 23 yaşlı futbolçu Qətərdəki Dünya Çempionatından dönən kimi onunla müqavilənin detalları müzakirə olunacaq.

Portuqaliya millisinin üzvünün Mançester klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. 2018-ci ildən “Qırmızı şeytan” olan Dalot, bir mövsümü icarə əsasında “Milan”da keçirib. İlyarımdı Premyer Liqada mütəmadi oynayan Dioqonun yayda azad agent kimi getməməsi üçün ingilislər bu qış işi bitirmək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp