Xorvatiya Braziliyanı evə erkən yola saldı. DÇ-2022-nin əsas favoriti ¼ finalda rəqibinə yenilib çıxışını dayandırdı.

Futbolinfo.az xəbər verir ki, əsas vaxtı qolsuz başa çatan görüşün ilk əlavə hissəsində Neymarla hesabı açan cənubi amerikalılar 117-ci dəqiqədə məyus oldu. Xorvatlar matç ərzində qapıya endirdikləri yüganə zərbəni qolla tamamladılar.

Və ¼-ə penalti seriyasında qazanılan qələbə ilə gələn Xorvatiya, ötən mundialda olduğu kimi, yenə yoluna eyni qaydada davam edir. Penalti vuruşlarında 4 dəqiq zərbə və rəqibin heyətində Rodriqonun zərbəsinin qapıçı tərəfindən dəf edilməsi, Markinyosun dirəyi nişan alması reallaşınca “sambaçılar” evə yollandı.

Xorvatiya tarixi ərzində 3-cü dəfə yarımfinalda oynayacaq – 1998, 2018 və 2022. Bu müddətdə yalnız Almaniya 4 dəfə yarımfinala çıxmaqla daha yaxşı nəticə göstərib, Fransa isə sabah bu saya çata bilər.

Braziliya avropalılara qarşı son 6 pley-off oyununun hamısını uduzub. Son qələbə DÇ-2002-nin finalında Almaniya üzərində qazanılıb.

O da maraqlıdı ki, xorvatlar mundiallardakı son 9 oyunun 7-də ilk qolu buraxan tərəf olub. Amma onlardan yalnız birində DÇ-2018-in finalında məölub olublar (Fransa 2:4).

Shares: