Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Braziliya ilə oyunda 11 qurtarış etdi. Bu xorvatlar üçün rekorddur, üstəlik, cari mundialda ən yaxşı göstəricidir.
21-ci əsrdə sadəcə, Tim Hovard 2014-cü ildə Belçikayla oyunda 15-dən çox seyv edib. Bu, o deməkdir ki, Zaqreb “Dinamo”sunun qolkiperi Dünya Çempionatlarında əsrin ikinci ən yaxşı göstəricisinə nail olub.
Livakoviç ardıcıl 2 pley-off oyununda artıq 4 penalti dəf edib. Rusiyadakı ötən mundialda digər xorvat Daniel Subaşiç, DÇ-1990-da isə Serxio Qoykoçea bunu bacarmışdı.