Alessandro Bastoni “İnter”də xoşbəxtdir. Müdafiəçi yayda komandasını dəyişmədiyinə görə məyus olmayıb.
Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin müdafiəçisi A Seriyasında qalmağı seçməklə düzgün addım atdığını söyləyib: “Yayda “Tottenhem”lə danışıq apardım. Londona köçməyim real idi. Lakin yaxşı ki, “İnter”də qaldım, klubumdan məmnunam”.
“Tottenhem”in baş məşqçisi Antonio Kontenin dəvətini geri çevirən futbolçu həmyerlisinin ondan incimədiyinə ümid edir: “Qərarımı özümü düşünərək verdim. Yəqin hamı məni başa düşər. Komanda yoldaşım Milan Şkrinyarın ətrafında da eyni söz-söhbət gedir. Ümid edirəm ki, o da bizimlə qalacaq”.