“Real” qışda futbolçu transfer etmək fikrindən vaz keçib. Madridlilər bir neçə oyunçu ilə maraqlansa da, onları yalnız yayda düşərgəsinə qatmağı düşünür.
Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, qışda heyətə düşə bilməyən 2-3 futbolçuyla vidalaşmaq istəyən “Real” əvəzində kimsəni almayacaq. “Palmeyras”dan Endrikin keçidini tamamlayan “Kral klubu” planlarını yaya saxlayır.
Madridlilər yayda Rafael Leao (Milan), Kodi Qakpo (PSV) və Alexandro Qarnaçonu (Mançester Yunayted) eyni vaxtda heyətə qatıb komandanı gəncləşdirməyə çalışacaq. 2024-cü ildə Endrikin gəlməsi ilə Madrid klubunda nəsildəyişmə prosesi tamamlanacaq.