Xorvatiyaya məğlubiyyəti Titeyə bağışlamadılar. Braziliya millisinin baş məşqçisi matç bitincə postundan qovuldu.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis özü istefa ərizəsi yazmayıb. Belə ki, Braziliya Futbol Federasiyası onun qərarını gözləmədən yolların ayrıldığını açıqlayıb.

Xatırladaq ki, Braziliya millisi DÇ-2022-nin ¼ finalında Xorvatiyaya oyunsonrası penalti seriyasında məğlub olaraq mübarizəni dayandırdı.

Shares: