Lionel Messi Dünya Çempionatının pley-off mərhələsində 5-ci qol ötürməsini verdi. Bu, bir rekorddur, dünənədək zirvədə olan Pele 4 qolun vurulmasına töhfə vermişdi.

Bütün mərhələləri nəzərə alsaq, yalnız Dieqo Maradona həmyerlisindən öndədir. Argentinalı əfsanə 8, onun xələfi 7 qolun ötürməsini verib.

Dünən Niderlandla ¼ final oyununda penaltini dəqiq yerinə yetirən Messi daha bir ulduza şərik oldu. Argentina millisində 10 qol vurmuş Qabriel Batistuta indi zirvədə Leoyla şərikdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp