Argentina tarixi ərzində 4-cü dəfə Dünya Çempionatının yarımfinalına vəsiqə qazandı. 1986, 1990 və 2014-cü illərdə son 4 komanda arasına düşən cənubi amerikalılar, finala kimi irəliləmişdi.

Futbolinfo.az xəbər verir ki, DÇ-86-da çempion olan komanda digər iki cəhdində uduzub. Maraqlıdı ki, bütün hallarda rəqib Almaniya olub. İndi isə almanlar mübarizədə yoxdur, çoxdan evə qayıdıblar.

Argentina 1978-ci ildə də dünya çempionu olub. Amma o vaxt yarış fəqli reqlamentlə keçirilirdi, finala yol yarımfinaldan yox, qrup qalibliyindən keçirdi.

Argentina 6 dəfə gücünü oyunsonrası penaltilərdə sınayıb, 5-də qalib gəlib. Niderlandın mundial statistikası isə faciəvidir – hollandlar 4 seriyanın 3-də uduzub.

Shares: