Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin 1/4 final oyunundan sonra niderlandlı hücumçu Vaut Veqhorstu təhqir edib.

Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “TyC Sport”un canlı efirində iki hücumçu arasında mübahisə yaşanıb.

35 yaşlı argentinalı hücumçu Veqhorsta, “Nə baxırsan, axmaq? Get buradan! Get işinlə məşğul ol!” deyib.

Argentina millisi əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında rəqibini məğlub edib (4:3).

Argentina DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya millisi ilə qarşılaşacaq.

Shares: