Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan komandası yarışın qalibi olub.
Turnirdə yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Şəmsi Qaraxanov və Atilla Orman iştirak ediblər.
Şahmatçılar fərdi nəticələrə görə də mükafat qazanıblar. Atilla Orman üçüncü, Nərmin Abdinova isə dördüncü lövhədə birinci yeri tutub. Birinci və ikinci lövhədə çıxış edən Xaqan Əhməd ilə Şəmsi Qəhrəmanov gümüş medal qazanıb.