Futbol üzrə Almaniya millisinin və “Bayern”in qapıçısı Manuel Noyer zədələnib.

Futbolinfo.az xəbər verir ki, o, “İnstagram” hesabında xizək sürən zaman ayağının sındığını yazıb.

Bu üzdən də Noyer əməliyyat olunub. Təcrübəli qolkiper əməliyyatın yaxşı keçdiyini bildirib. Lakin Noyerin bu mövsümün sonunadək oynamayacağı ehtimal olunur.

Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vurub və mübarizəni erkən dayandırıb. Noyer məhz Qətərdən qayıtdıqdan sonra belə aqibətlə üzləşib.

Manuel Neuer - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp