Futbol üzrə Portuqaliya millisinin müdafiəçisi Pepenin qolu sınıb.
Futbolinfo.az “Globo”ya istinadən xəbər verir ki, bu, DÇ-2022-nin 1/4 finalında Mərakeşə qarşı matçda baş verib.
39 yaşlı müdafiəçisi oyunu dirsək sümüyü və sol qolun sümüyünün sınığı ilə başa vurub. Pepenin sınığı Dohadakı xəstəxanalardan birində aparılan müayinələrdən sonra təsdiqlənib.
Xatırladaq ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.