Futbol üzrə Niderland birinci divizionunda 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qrafşap”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 32 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Shares: