“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçikanın “Gent” komandası İspaniyaya yollanıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda milli çempionatdakı fasilədən istifadə edərək ölkə xaricində hazırlıq keçir.

Komanda hazırda Oliva şəhərində təlim-məşq toplanışındadır. “Gent”in toplanışı bir həftə davam edəcək. Daha sonra Belçikaya dönəcək komanda mövsümün qalan hissəsinə hazırlaşacaq. “Qarabağ”ın rəqibi ikinci dövrənin ilk turu çərçivəsində dekabrın 23-də “Standard”la qarşılaşacaq. “Gent” Jüpiler liqasında əsas mərhələnin ilk dövrəsini 5-ci pillədə və liderdən 16 xal geridə başa vurub.

Xatırladaq ki, “Qarabağ”la “Gent”in ilk oyunu fevralın 16-da Bakıda baş tutacaq. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.

Shares: