Rumıniyalı məşqçi Laurentsiu Regekampf “Neftçi”dən ayrıla bilər.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis ölkəsində işləmək istəyir.
Regekampfın “Universitatya” (Krayova) ilə prinsipial razılıq əldə etdiyi bildirilir. İddiaya görə, təcrübəli baş məşqçi “ağ-qaralar”la vidalaşsa, sabiq klubuna qayıdacaq.
Xatırladaq ki, Regekampf 2021/22 mövsümündə “Universitatya”da işləyib. Onun daha öncə “Styaua”ya da gedəcəyinə dair xəbərlər yayılmışdı. Lakin Regekampf bir müddət öncə “Qarabağ”la çempionat matçından Rumıniya klublarına qayıdacağı barədə xəbərləri təkzib etmiş və “Neftçi”dəki işinə kökləndiyini açıqlamışdı.